27-qat çempion, Avropa rekordçusu - "Qarabağ"ın ÇL rəqibinin DOSYEsi

27-qat çempion, Avropa rekordçusu - "Qarabağ"ın ÇL rəqibinin DOSYEsi

Futbol üzrə Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Yarışda yeganə təmsilçimiz Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə Cəbəllütariqin tam adı “Linkoln Red İmps” olan klubu ilə üz-üzə gələcək.

1976-cı ildə yaradılmış komanda 27-qat ölkə çempionudur. Cəbəllütariqin ən titullu klubu ev oyunlarını 5 min azarkeş tutumuna malik "Viktoriya Stadium"da keçirir.

Adını İngiltərənin "Linkoln Siti" klubundan götürmüş "cırtdanlar"ın baş məşqçisi ispaniyalı Xavi Munyos, prezidenti Dilan Viaqasdır. Pireneyli çalışdırıcı komandad bu ilin yanvarından fəaliyyət göstərir.

"Linkoln"un ümumi dəyəri 1,88 milyon avrodur, heyətlərində 11 legioner çıxış edir.

ÇL-in təsnifat mərhələsində ilk dəfə 2014-cü ildə mübarizə aparıblar. 2020/2021-ci illərdə Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarixi nailiyyətə imza atıblar.

Komanda 2009-2014-cü illər ərzində 88 oyunda məğlub olmamaqla Avropada rekord vurub. UEFA reytinqində 197-ci pillədə qərarlaşmış "Linkoln" Azərbaycan klublarının avrokuboklarda qarşılaşacağı ilk Cəbəllütariq təmsilçisi olacaq.

MediaSport.az