Futbolçu olmaq istəyənlərin nəzərinə!

Futbolçu olmaq istəyənlərin nəzərinə!

"Turan Tovuz" futbol akademiyası yay seçimlərinə başlayır.

MediaSport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seçimlər Tovuz şəhər stadionunda 1-2 iyul tarixlərində baş tutacaq.

Seçimlər 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçular arasında aparılacaq. İştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər.  

Bunun üçün öncədən aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəxsiyətini təsdiq edən sənədi  gətirməlidirlər.

Tel: 055 255 44 32, 055 706 55 94

Email: info@turantovuzpfk.az

Seçimlər 1 iyul tarixində, saat 16:00-da başlayacaq.