Ramilin komandası Çempionlar Liqasının qrupunda sonuncu olub
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqası ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, forvardın komandası Şərq zonasının qrup mərhələsinin son turunu məğlubiyyətlə başa vurub.
Doğma meydanda Yaponiyanın “Vanfore Kofu” kollektivi ilə qarşılaşan Buriram təmsilçisi 2:3 hesabı ilə məğlub olub.
5-ci tur çərçivəsində Çin səfərində "Qrintaun Jeijanq" klubu ilə matçdan sonra yaşanan məlum dava-dalaşa görə 8 oyunluq diskvalifikasiya edilən Şeydayev görüşdə iştirak etməyib.
Beləliklə, "Buriram Yunayted" 6 turdan sonra 6 xalla qrupda sonunu yeri tutub.