Avropa çempionatı: Azərbaycan yığması Bolqarıstana məğlub olub

Avropa çempionatı: Azərbaycan yığması Bolqarıstana məğlub olub

Azərbaycanın qadınlardan ibarət U-19 milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yığma komandamız Latviyada təşkil olunan raundda Bolqarıstan futbolçuları ilə qarşılaşıb.

Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 0:1.

Xatırladaq ki, U-19 qrupun ilk duelində Monteneqroya 0:4 hesabı ilə məğlub olub.

Yığmamızın son sınağı aprelin 9-da Latviya seçməsi ilə baş tutacaq.