ÇL-də ən az azarkeş "Linkoln" - "Qarabağ" oyununda qeydə alındı
Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
MediaSport.az xəbər verir ki, 15 görüşü ümumilikdə 101 min 799 tamaşaçı izləyib.
Ən çox azarkeş "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. 1:1 hesabı ilə başa çatan görüşdə 27 min 328 nəfər olub.
"Qarabağ"ın Cəbəllütariqdə "Linkoln"a 2:1 hesabı ilə qalib gəldiyi oyun siyahının sonuncu pilləsində qərarlaşıb. "Viktoriya" stadionundakı matçı tribunadan 683 nəfər seyr edib.