"Qarabağ"ın gözü Portuqaliyada: Ağdam klubu 27 yaşlı vingeri gətirir?
"Tondela"nın hücumameylli yarımmüdafiəçisi Rafael Barbosa karyerasını Azərbaycanda davam etdirə bilər.
mediasport.az xəbər verir ki, 27 yaşlı vingerlə "Qarabağ"ın maraqlanır.
"Diario de Transferencias"ın yaydığı xəbərə görə, klubu ilə müqaviləsi başa çatan futbolçu ölkəmizə azad agent statusu ilə yollanmağa hazırlaşır. Barbosanı Çin klubları da transfer etmək istəyir.
Portuqaliyanın əsas milli komandasına qədər bütün yığmalarında çıxış etmiş futbolçunun karyerası yalnız ölkəsi ilə bağlıdır. O, "Boavişta”, “Sportinq B” (Lissabon), “Portimonense”, “Eştoril”, “Uniao Madeyra”, “Pakoş Ferreyra” klublarında oynayıb. 2020-ci ildən formasını geyindiyi "Tondela"da 91 matç keçirib, 9 qol vurub.