"Turan Tovuz" səfərdə "Neftçi"dən xal aldı, "Səbail"ə 1 qol kifayət etdi

"Turan Tovuz" səfərdə "Neftçi"dən xal aldı, "Səbail"ə  1 qol kifayət etdi

Premyer Liqada 9-cu turun daha iki matçı keçirilib.

MediaSport.az xəbər verir ki, "Səbail" "Sumqayıt"la qarşılaşıb, çempionluğa iddialı "Neftçi" isə "Turan Tovuz"u qəbul edib.

Mahmud Qurbanovun baş məşqçisi olduğu Bayıl klubu yeni çalışdırıcı Samir Abasovla uğursuzluq zolağından çıxmağa çalışan "Sumqayıt" üzərində vacib qələbə qazanaraq turnir cədvəlindəki vəziyyətini azca yaxşılaşdırıb.

Səfərə çıxmağa avtobus tapa bilməyən, bunun üçün sosial şəbəkələrdə ianə toplayan "Turan Tovuz" isə paytaxt səfərində "Neftçi"yə ciddi müqavimət göstərərək qələbəyə bərabər 1 xal qazanıb.

Tura bu gün keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" qarşılaşmaları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. IX tur

“Səbail” – “Sumqayıt” 1:0 

Qol: Turan Manafov 39.

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

“ASCO Arena”

"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 27. Emil Rosenov, 21. Kizito Luvaqa.

Baş məşqçi: Mahmud Qurbanov


Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 12. Todor Todoroski.

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 22. Damian Daniçiç.

​Baş məşqçi: Samir Abasov


“Neftçi” – “Turan Tovuz” 0:0 

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

​“Bakcell Arena”

"Neftçi": İvan Brkiç, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kennez Saief, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 85. Aşqin Abazərov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski, 2. Mert Çelik, 16. Gilyerme Pato.

Baş məşqçi: Laurentsiu Regekampf.


“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Mənsimov, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.