"Qarabağ" son dərəcə güclü kollektiv olduğunu sübut etdi"
"Qarabağ" dünən Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb) ilə ilk matçında uduzub - 0:3.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi ilə qarşılaşmada 2 qol vuran Sandro Kulenoviçin Xorvatiya mətbuatına açıqlamasında matçdan razı qaldığını deyib.
24 yaşlı hücumçu yaxşı oyun keçirdiklərini qeyd edib:
"Oyundan əvvəl qarşımıza qoyulan tapşırığı yerinə yetirdik: hesabda üstün tərəf olmaq və müdafiədə boşluqlar verməməli idik. "Qarabağ" hücum məsələsində son dərəcə güclü kollektiv olduğunu sübut etdi. Doğrudur, fərqlənmək üçün şansları var idi. Lakin biz hücumda keyfiyyət nümayiş etdirdik. Daha çox qol vura bilərdik. Bu hesab da bizi qane edir".
Sandro hazırda yalnız ölkə çempionatının "Qoritsa" ilə görüşünü düşündüklərini bildirib:
"Bu qarşılaşmaya laqeyd yanaşmamalıyıq. Xorvatiya çempionatında uğurlu olsaq, yenidən Çempionlar Liqasında çıxış edə bilərik. Əvvəl "Qoritsa", sonra "Qarabağ". Əsas mərhələyə vəsiqəni hələ tam təmin etməmişik. Üstün tərəf bizik. Cavab matçında daha da inamlı çıxış etməliyik. Komandama kömək edə bildiyim zaman məndən xoşbəxt insan tapa bilməzsiz".
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" dueli avqustun 28-i, 20:45-də Bakıda baş tutacaq.