"Rəqibin əks-hücumlarından qorunmaq lazımdır" - AÇIQLAMA

"Rəqibin əks-hücumlarından qorunmaq lazımdır" - AÇIQLAMA

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda İsveçin "Hekken"lə qarşılaşacaq.

"Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov oyunla bağlı fikirlərini Mediasport.az saytına bildirib.

"Çətin oyun olacaq. "Hekken" oyuna ciddi hazırlaşıb. Arxayın yanaşmaq olmaz. "Qarabağ"ın kollektivi dərk edir ki, qrupdan çıxmaq üçün ən realı qələbədir. Doğma meydanda oynayır, bu komandaya bir dəfə qalib gəlib. Oyun meydanın "Hekken"ə aid ərazisində gedəcək. Buna görə də diqqətli olub rəqibin əks-hücumlarından qorunmaq lazımdır". 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.

Ağdam təmsilçisi qələbə qazansa, pley-offa çıxacaq. Heç-heçə və məğlubiyyət olarsa, paralel keçiriləcək görüşdə "Bayer" "Molde"yə ən azı uduzmamalıdır. Əks-təqdirdə, "köhlən atlar" mübarizəni Avropa Konfrans Liqasının pley-offunda davam etdirəcəklər.