"Qarabağ"da ciddi itkilər var!

"Qarabağ"da ciddi itkilər var!

Bu gün Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində Bakıda "Gent"i qəbul edəcək "Qarabağ" oyuna ciddi itkilərlə çıxacaq.

mediasport.az xəbər verir ki, ölkə çempionu Belçika klubuna qarşı görüşdə bir neçə əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Avropa Liqasının qrup mərhələsinin "Frayburq"la duelində sarı vərəqə limitini doldurmuş kolumbiyalı müdafiəçi Kevin Medina cəzalıdırsa, əsas qapıçı Şahruddin Məhəmmədəliyevlə cinah futbolçusu Abbas Hüseynov zədə səbəbindən kənarda qalacaq.

Oyun Bakı vaxtilə saat 21:45-də start götürəcək.