"Qarabağ"dan ayrılan futbolçu "Kəpəz"lə müqavilə bağladı - RƏSMİ

"Qarabağ"dan ayrılan futbolçu "Kəpəz"lə müqavilə bağladı - RƏSMİ

Tansfer çalışmalarını davam etdirən "Kəpəz" komandada ötən mövsümü icarə əsasında keçirmiş Zamiq Əliyevi birdəfəlik heyətinə qatıb.

MediaSport.az xəbər verir ki, "Qarabağ"dan icarəyə götürülən gənc müdafiəçi Ağdam klubu ilə yollarını ayırdığından Gəncə təmsilçisinin tam hüquqlu üzvünə çevrilib.

Əliyev ilə 1+1 olmaqla 2 illik müqavilə imzalanıb.