"Qəbələ"də ciddi itkilər - Kapitan və daha 5 futbolçu oynamayacaq

  "Qəbələ"də ciddi itkilər - Kapitan və daha 5 futbolçu oynamayacaq

"Qəbələ" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Zirə" ilə qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, komandanın kapitanı, uzunmüddətli zədədən yeni qayıtmış Asif Məmmədov bu dəfə fərqli səbəbdən komandasına kömək edə bilməyəcək.

Təcrübəli futbolçu sarı vərəqə limitini keçdiyi üçün görüşü kənardan izləməli olacaq.

Bölgə təmsilçisi daha 5 futbolçunun xidmətindən yararlanmaq şansını itirib - “Neftçi”ylə matçda qırmızı vərəqə alan Zurab Oçiqava və Əyyub Allaşla yanaşı, Ürfan Abbasovla Gilad Abramov da vərəqə limitinə düşüb.

Ahmed Ayzaya isə bir müddətdir zədəsini sağaltmaqla məşğuldur.