"Blue Devils Cup": "Qarabağ" ilk matçda məğlubiyyətlə üzləşdi

"Blue Devils Cup": "Qarabağ" ilk matçda məğlubiyyətlə üzləşdi

İtaliyanın Neapol şəhərində 16 yaşadək futbolçulardan ibarət komandalar arasında "Blue Devils Cup" beynəlxalq turnir keçirilir.

Mediasport.az xəbər verir ki, C qrupunda yer alan "Qarabağ" bu gün "Tor Tre Teste" ilə qarşılaşıb.

Matç təmsilçimizin minimal hesablı məğlubiyyəti ilə bitib.

"Qarabağ"ın növbəti rəqibi "Benevento" olacaq.

Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək.

Digər iştirakçılar aşağı pillələr uğrunda mübarizəni davam etdirəcəklər.

Turnirə sentyabrın 8-də yekun vurulacaq.

"Blue Devils Cup" beynəlxalq turniri. Qrup mərhələsi

6 sentyabr

"Qarabağ" - "Tor Tre Teste" 0:1