Kipr və Monteneqroya qarşı oyunlarımızın vaxtı və yeri məlum oldu

Kipr və Monteneqroya qarşı oyunlarımızın vaxtı və yeri məlum oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

mediasport.az xəbər verir ki, Kipr yığmasına qarşı matç sentyabrın 22-də, saat 17:00-da “Dalğa Arena”da baş tutacaq.

Yığma bundan 4 gün sonra, saat 20:00-da səfərdə Monteneqro ilə qarşılaşacaq. Bu görüş Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.