AFFA-nın 850 min manata tətbiq etdiyi VAR Zirədə işləmir - SƏBƏB?
Premyer Liqanın XII turunun bu dəqiqələrdə davam edən "Zirə” - “Neftçi” (0:1) görüşündə kuryoz hadisə yaşanıb.
mediasport.az saytının stadionda olan əməkdaşı xəbər verir ki, VAR sistemi ilə bağlı texniki problem yaranıb.
Problem Zirə Olimpiya İdman Kompleksindən deyil, siqnalın ötürülməsindən qaynaqlanır.
Problemi yoluna qoymaq mümkün olmadığı üçün matçın gedişində baş hakim Əliyar Ağayev VAR sistemindən yararlana bilməyəcək. FİFA referisi qarşılaşmadan əvvəl hər iki klubun baş məşqçisini bununla bağlı məlumatlandırıb.
Bildirək ki, VAR sisteminin ölkəmizdə tətbiqi üçün AFFA təxminən 850 min manat (500 min dollar) vəsait xərcləyib.