"Qarabağ"dan növbəti reytinq xalları

"Qarabağ"dan növbəti reytinq xalları

Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin cavab görüşündə səfərdə Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin bu qələbəsi Azərbaycana UEFA-nın reytinq cədvəlində növbəti xalları qazandırıb.

Qalibiyyət ölkəmizin aktivinə 0,250 xal əlavə edib.

Azərbaycanın cari mövsümdəki əmsalları 2,250-yə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500 olan ölkəmiz sıralamada 29-cu yerdədir. 28-ci pillədə 16 750 xalla Slovakiya yer alıb.