Sabiq "Qarabağ" və "Neftçi"li futbolçular eyni klubda oynayacaq

Sabiq "Qarabağ" və "Neftçi"li futbolçular eyni klubda oynayacaq

"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanyanın yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, braziliyalı forvardı Macarıstan nəhəngi "Ferensvaroş" transfer edib.

Anlaşmanın detalları açıqlanmasa da, Budapeşt təmsilçisinin keçid üçün "Partizan"a 1,5 milyon avro ödədiyi qeyd olunub.

O, sabiq "Qarabağ"lı Kadi Borgeslə komanda yoldaşı olacaq.

Xatırladaq ki, Saldanya 2022/2023 mövsümünün 2-ci yarısını icarə əsasında "Neftçi"də keçirib, Kadi isə "Qarabağ"da 2021/2022-ci illərdə oynayıb.