"Qarabağ" 1-ci, "Zirə" sonuncudur
"Qarabağ" bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında qapıya ən çox zərbə vuran komanda olub.
Mediasport.az xəbər verir ki, bu haqda Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) rəsmi saytı məlumat verib.
Ağdam təmsilçisi hər tur orta hesabla rəqib qapılarına 6.1 zərbə endirir.
Tovuz təmsilçisi "Turan" ikinci (5.0), "Sabah" isə üçüncü (4.2) olub.
Araşdırma 13 dekabra qədər keçirilən oyunları əhatə edib.
Azərbaycan Premyer Liqasında qapıya ən çox zərbə vuran komandalar:
1. "Qarabağ" - 6.1
2. "Turan Tovuz" - 5.0
3. "Sabah" - 4.2
4. "Qəbələ" - 4.1
5. "Araz-Naxçıvan" - 3.8
6. "Səbail" - 3.8
7. "Kəpəz" - 3.5
8. "Neftçi" - 3.4
9. "Sumqayıt" - 3.2
10. "Zirə" - 3.0