Ralf Ranqnik milli komandamızın oyununa skaut göndərəcək
AÇ-2024-ün seçmə qrup mərhələsindəki rəqiblərimizdən Avstriya millisinin skautları yığmamızın Şimali Makedoniya ilə noyabrın 20-də keçirəcəyi oyunu izləyəcəklər.
mediasport.az xəbər verir ki, komandanın baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında rəqibin çıxışını canlı izləmək və daha yaxşı analiz etmək məqsədilə matça "casus" göndərəcəyini deyib.
Milli komandamız qitə birinciliyinin seçmə mərhələsində ilk görüşünü gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.