Yığma komandamız BƏƏ-də Avstraliya millisi ilə bərabərə qaldı

  Yığma komandamız BƏƏ-də Avstraliya millisi ilə bərabərə qaldı

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşü keçirib.

Mediasport.az xəbər verir ki, U-17 Ayman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüşdə qol vurulmayıb.

Qeyd edək ki, millimiz oktyabrın 16-da Avstraliya yığması ilə ikinci yoldaşlıq oyunu keçirəcək.