"Neftçi"nin baş məşqçisi hakimi, futbolçusu isə rəqibi döymək istədi
AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən “Neftçi”nin məşqçisi Elmir Hüseynovu 10 oyunluq cəzalandırıb.
mediasport.az” xəbər verir ki, buna mütəxəssisin “Qəbələ” ilə oyunda texniki zonada olan dördüncü hakimə fiziki təzyiq göstərməsi səbəb olub.
E.Hüseynov bu hərəkətinə görə, 5-i şərti olmaqla 10 oyunluq cəzalandırılıb. Ona 6 ay sınaq müddəti təyin edilib.
“Neftçi”nin futbolçusu Fərid Səfərli isə eyni turnirdə “Səbail”lə matçın sonlarında rəqibi əllə vurduğundan, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Bundan başqa, İCBFA-nın futbolçusu Nihad Mahmudzadə və “Kəpəz”in oyunçusu Elşən Mirzəyev “Zirə” ilə qarşılaşmalarda, “Səbail”in üzvü Ayxan Bədizadə isə “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldıqları üçün 1 tur buraxmalı olacaqlar.