"Qarabağ"ın kubokda "Zirə" ilə final qarşılaşmasına 4 min bilet satılıb

"Qarabağ"ın kubokda "Zirə" ilə final qarşılaşmasına 4 min bilet satılıb

"Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Mediasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti paylaşım edib.

Qarşılaşma üçün indiyədək 4000 min bilet satılıb.

Biletləri “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından saat 10:30-dan 18:00-a kimi əldə etmək mümkündür.

İyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20:00-da başlanacaq.

Xatırladaq ki, görüşdən əvvəl Xalq artisti Aygün Kazımovanın konserti olacaq.