"Neftçi" "Partizani" ilə üz-üzə

  "Neftçi" "Partizani" ilə üz-üzə

Premyer Liqa təmsilçisi "Neftçi" bu gün Türkiyədə ikinci yoxlama matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda 1-ci yoxlama görüşündə Türkiyənin 1-ci Liqa təmsilçisi "Ərzurumspor"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Xatırladaq ki, paytaxt təmsilçisinin Türkiyə toplanışı yanvarın 14-dək davam edəcək.