"Qarabağ"ın legioneri Marko Veşoviç Azərbaycanı tərk etdi
Çempionlar Liqasının II təsnifat mərhələsinin "Rakuv"la səfər oyunundan əvvəl məşqdə zədələnən Marko Veşoviç müalicəsi ilə əlaqədar Azərbaycanı tərk edib.
mediasport.az xəbər verir ki, monteneqrolu zədəsini sağaltmaq üçün bərpa kursunu Serbiyada keçəcək.
Serbiyalı fizioterapevtlər ona gözləniləndən daha tez sağalmağa kömək edəcəklər.
Veşoviçin əvvəlcə 6 həftəyə məşqlərə qayıdacağı bildirilsə də, Serbiyadakı bərpa kursundan sonra kollektivə daha erkən qoşulacağı planlaşdırılır.