"Zirə" Rumıniya, Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq

"Zirə" Rumıniya, Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq

"Zirə"nin qış təlim-məşq toplanışının proqramı məlum olub.  

 

mediasport.az xəbər verir ki, yanvarın 2-də Antalyada bir araya gələcək qəsəbə təmsilçisi “İC Green Palace” otelində məskunlaşacaq.

 

Paytaxt klubu toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. "Qartallar" yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Şeged-Çanad” və Serbiyanın “Radniçki” klubları ilə qarşılaşacaq. 

Rəşad Sadıqovun komandası yanvarın Bakıya yanvarın 18-də qayıdacaq.