"Səbail" rəhbərliyi klubun yeni icraçı direktorunu kollektivə təqdim etdi

"Səbail" rəhbərliyi klubun yeni icraçı direktorunu kollektivə təqdim etdi

“Səbail” futbol klubunun rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib.

MediaSport.az xəbər verir ki, toplantıda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

ASCO-nun idarə heyətinin və “Səbail” PFK Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

Daha sonra klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Yeni icraçı direktora işində uğurlar arzulanıb.