"Qarabağ"ın rəqibi Portuqaliya Liqa Kubokunun qalibi olub - VİDEO

"Qarabağ"ın rəqibi Portuqaliya Liqa Kubokunun qalibi olub - VİDEO

Portuqaliya Liqa Kubokunda qalibin adı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" həlledici matçda "Eştoril"lə üz-üzə gəlib (1:1, penaltilər seriyası - 5:4).

"Braqa" tarixində üçüncü dəfə (2013, 2020 və 2023) Liqa Kubokunu qazanıb və daha iki dəfə (2017, 2021) finalda məğlub olub. "Eştoril" ilk dəfə yarışın finalında çıxış edib.

Xatırladaq ki, fevralın 15-də "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Braqa" ilə qarşılaşacaq. Ondan bir həftə sonra isə Bakıda cavab qarşılaşması keçiriləcək. Cütün qalibi turnirin 1/8 finalına vəsiqə qazanacaq.