İlin ən yaxşısı olmağa namizəd futbolçu və klublar açıqlandı
2024-cü ilin ən yaxşı kişi oyunçusu mükafatına ("Globe Soccer Awards" - Best Men's Player) 33 futbolçu namizəd göstərilib.
Mediasport.az xəbər verir ki, dünya futbolunun əfsanələri Kriştianu Ronaldu və Lionel Messi, "Qızıl top"un son qalibi Rodri Hernandes də sıralamada yer alıb.
Siyahıda "Real"dan 6 futbolçu qərarlaşıb.
Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.
Xatırladaq ki, eyni zamanda, tədbirdə ən yaxşı qadın futbolçu, kişilərdən/qadınlardan ibarət ən yaxşı futbol klubu, ən yaxşı baş məşqçi, ən yaxşı hücumçu, ən yaxşı yarımmüdafiəçi, inkişaf etməkdə olan ən yaxşı futbolçu, ən yaxşı menecer, ən yaxşı idman direktoru, Yaxın Şərq üzrə ən yaxşı oyunçu, Yaxın Şərq üzrə ən yaxşı klub mükafatlarının da qalibləri müəyyənləşəcək.
2024-cü ilin ən yaxşı kişi oyunçusu mükafatına namizədlər
Lautaro Martines, Hakan Çalhanoğlu, Nikolo Barella (hamısı "İnter"), Kilian Mbappe, Cud Bellingem, Dani Karvahal, Rodriqo, Federiko Valverde, Vinisius Junior (hamısı "Real"), Artyom Dovbik ("Roma"), Rodri Hernandes, Erlinq Haaland, Fil Foden (hamısı "Mançester Siti"), Antuan Qrizmann ("Atletiko"), Alexandro Qrimaldo, Qranit Caka, Florian Virts (hamısı "Bayer"), Viktor Qyökereş ("Sportinq"), Harri Keyn ("Bayern"), Toni Kroos (karyerasını bitirib), Dani Olmo, Lamin Yamal, Robert Levandovski (hamısı "Barselona"), Ademola Lukman ("Atalanta"), Emiliano Martines ("Aston Villa"), Lionel Messi ("İnter Mayami"), Koul Palmer ("Çelsi"), Kriştianu Ronaldu ("Əl-Nəsr"), Bukayo Saka, Vilyam Saliba (hər ikisi "Arsenal"), Məhəmməd Salah ("Liverpul"), Vitinya (PSJ), Niko Uilyams ("Atletik").
2024-cü ilin ən yaxşı klubu mükafatına namizədlər
"Əl-Əhli", "Əl-Əyn" (Səudiyyə Ərəbistanı), "İnter", "Atalanta" (hər ikisi İtaliya), "Atletiko", "Botafoqo" (Mineyro, hər ikisi Braziliya), "Bayer" (Leverkuzen, Almaniya), "Mançester Siti" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Sportinq", (Portuqaliya).