AFFA nümayəndəsi fransızların oyununda direktor olacaq
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.
MediaSport.az xəbər verir ki, o, UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” - “Monako” oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qarşılaşma oktyabrın 13-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda oynanılacaq.