"Qarabağ" ümumi dəyərinə görə sonuncu yerdə qərarlaşıb - SİYAHI

"Qarabağ" ümumi dəyərinə görə sonuncu yerdə qərarlaşıb - SİYAHI

Məşhur "Transfermarkt" portalı cari mövsüm UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq komandaların ümumi dəyərini açıqlayıb.

Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə Avroliqanın qrup mərhələsindən növbəti mərhələyə adlayan "Qarabağ" sıralamada sonuncudur.

UEFA Çempionlar Liqasının A qrupunda 3-cü olduqdan sonra Avropa Liqasına yuvarlanan "Qalatasaray" isə 13-cü pillədə qərarlaşıb.

Avropa Liqasının pley-off mərhələsində oynayacaq komandaların ümumi dəyərləri:

1. "Liverpul" (İngiltərə) - 877 milyon avro

2. "Bayer" (Almaniya) - 562 milyon

3. "Milan" (İtaliya) - 543 milyon

4. "Vest Hem" (İngiltərə) - 470 milyon

5. "Brayton" (İngiltərə) - 469 milyon

6. "Roma" (İtaliya) - 362 milyon

7. "Benfika" (Portuqaliya) - 359 milyon

8. "Atalanta" (İtaliya) - 324 milyon

9. "Renn" (Fransa) - 280 milyon

10. "Sportinq" (Portuqaliya) - 280 milyon

11. "Feyenoord" (Niderland) - 265 milyon

12. "Marsel" (Fransa) - 248 milyon

13. "Qalatasaray (Türkiyə) - 236 milyon

14. "Lans" (Fransa) - 212 milyon

15. "Vilyarreal" (İspaniya) - 188 milyon

16. "Frayburq" (Almaniya) - 177 milyon

17. "Braqa" (Portuqaliya) - 126 milyon

18. "Şaxtyor" (Ukrayna) - 113 milyon

19. "Reyncers" (Şotlandiya) - 100 milyon

20. "Tuluza" (Fransa) - 79 milyon

21. "Yanq Boys" (İsveçrə) - 58 milyon

22. "Sparta" (Çexiya) - 44 milyon

23. "Slaviya" (Çexiya) - 43 milyon

24. "Qarabağ" (Azərbaycan) - 13 milyon


Rövşən