Argentinadan ŞOK məğlubiyyət, ərəblərə uduzdular - DÇ-2022: VİDEO

Argentinadan ŞOK məğlubiyyət, ərəblərə uduzdular - DÇ-2022: VİDEO

Dünya Kuboku-2022-nin final mərhələsinin ilk sensasiyası qeydə alınıb.

mediasport.az xəbər verir ki, C qrupunun az əvvəl başa çatan Argentina - Səuidyyə Ərəbistanı qarşılaşmasında mundialın əsas favoritlərindən sayılan cənubi amerikalılar məğlub olublar.

Lionel Skaloninin rəhbərlik etdiyi argentinalılar ilk hissəyə üstün yollansalar da, fasilədən dərhal sonra 2 top buraxıblar - 1:2.


Dünya Kuboku. Final mərhələsi. 1-ci tur. C qrupu

Argentina - Səudiyyə Ərəbistanı 1:2

Qollar: Messi 10 (p) - Saleh Əl-Şəhri, Salim Əl-Dovsari, 53.