"Qarabağ"ın rəqibinin millilərə yollanmış 16 futbolçusu qayıdıb
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Bayer" bu gün tam heyətlə məqşlərə start verib.
Mediasport.az xəbər verir ki, Şabi Alonsonun rəhbərlik etdiyi komanda Almaniya Bundesliqasının 8-ci turu çərçivəsində sabah "Volfsburq"un qonağı olacaq.
Seçmə mərhələ oyunlarına görə milli komandalarına yollanmış 16 futbolçunun hamısı düşərgəyə dünən qoşulub.
Almaniyalı həmkarlarımızın yazdıqlarına inansaq, yığmalardan qayıdanlar - Conatan Ta, Florian Virts, Yonas Hofmann, Robert Andriç (hamısı Almaniya), Lukaş Hradetski (Finlandiya), Viktor Bonifase (Nigeriya), Qranit Caka (İsveçrə), Ceremi Frimponq (Niderland), Odilon Kossunu (Fil Dişi Sahili), Ezekiel Palasios (Argentina), Amin Adli (Mərakeş), Pyero İnkapye (Ekvador), Yosip Stanişiç (Xorvatiya), Matey Kovar, Patrik Şik (hər ikisi Çexiya), Edmond Tapsoba (Burkina-Faso) sabahkı qarşılaşmada meydana çıxacaqlar.
Qeyd edək ki, Leverkuzen klubu oktyabrın 26-da "BayArena"da Azərbaycan çempionunu qəbul edəcək. Görüş Bakı vaxtilə saat 23:00-da başlanacaq.
İlk iki turdan sonra hər iki kollektivin aktivində maksimum nəticə - 6 xal var.