"Braqa"nı Bakıdakı cavab oyununda az sayda azarkeş dəstəkləyəcək

"Braqa"nı Bakıdakı cavab oyununda az sayda azarkeş dəstəkləyəcək

Fevralın 22-də baş tutacaq UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab qarşılaşmasında qonaq komanda az sayda azarkeşlə təmsil olunacaq.

Mediasport.az xəbər verir ki, Portuqaliya təmsilçisi Ağdam klubundan 100-ə yaxın bilet istəyib.

Pireneylilər ölkəmizə təxminən 100 azarkeş gətirməyi planlaşdırıblar.

Tofiq Bəhramov stadionunda keçiriləcək matç Bakı vaxtil ə saat 21:45-də başlanacaq.

İlk oyunda "köhlən atlar" 4:2 hesablı qələbə qazanıblar