Dadaş Dadaşzadədən dünya çempionatında gümüş medal!

Dadaş Dadaşzadədən dünya çempionatında gümüş medal!

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Mediapsort.az xəbər verir ki, 109 kq çəki dərəcəsində körpücük üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.

Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.

Qeyd edək ki, idmançımız ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal a yiyələnmişdi.