Fransalı baş məşqçi: "Qarabağ"la matç, əlbəttə, bizim üçün finaldır"
"Qarabağ" Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Fransada "Nant"ın qonağı olacaq.
mediasport.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Nant təmsilçisinin baş məşqçisi Antuan Kombuare verdiyi açıqlamada bu görüşü finala bərabər hesab etdiyini deyib.
- "Qarabağ"la matç, əlbəttə ki, bizim üçün finaldır. Bu, ikinci yerə ümid etmək üçün son şansımızdır. Azarkeşlərə demək istəyirəm ki, bizi dəstəkləməyə davam etsinlər. Onların dəstəyinin çox vacib olduğunu bilirik. Yaşadığımız unikal bir şeydir. Geri qayıtmağı bilməliyik. "Nitsa" ilə matçdakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti qarşılaşmalarda gətirməliyik".