Avroliqada qrup mərhələsinin ən sərrast futbolçusu müəyyənləşdi

Avroliqada qrup mərhələsinin ən sərrast futbolçusu müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin başa çatan 6 turundan sonra ən sərrast futbolçuları müəyyənləşib.

mediasport.az xəbər verir ki, qitənin ikinci nüfuzlu klub yarışın qrup mərhələsinin bombardirləri 5 oyuna 4 qolla "Braqa"dan Vitinya və 6 matçda bu qədər fərqlənən "Feyenoord"un forvardı Santiaqo Ximenes olub. Lakin Vitinya bu qolları daha az sayda oyunda vurduğu üçün 1-ci pillədə qərarlaşıb.

İlk "üçlüy"ü 6 oyunda 3 dəfə adını tabloya yazdıran "Trabzonspor"lu Anastasios Bakasetas qapayır.