"Qarabağ"ın sabiq forvardı Çin Superliqası klubunda - RƏSMİ
2015/2016-cı illər mövsümündə "Qarabağ"da forma geyinmiş Samuel Armenterosun yeni komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 34 yaşlı isveçli forvard karyerasını Çində davam etdirəcək.
Skandinaviyalı Superliqa təmsilçisi "Şenzen Penq Siti" klubu ilə dekabrın 31-dək müqavilə bağlayıb.
Hücumçu Ağdam təmsilçisinin heyətində 23 oyun keçirib, 7 qolla yadda qalıb.