UEFA "Qarabağ"ın məşqçi və futbolçularını cəzalandırdı

UEFA "Qarabağ"ın məşqçi və futbolçularını cəzalandırdı

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun Bakıda keçirilmiş "Qarabağ" - "Ayaks" (0:3) görüşündə qeydə alınan qayda pozuntularına qiymət verib.

Mediasport.az xəbər verir ki, ali qurum Ağdam klubunun 3 üzvünə cəza kəsib.

İntizam Komitəsinin qərarına əsasən, matçın fasiləsində qırmızı vərəqə alan klubun məşqçisi Çudomir Çakarova iki oyunluq cəza verilib.

Bolqar mütəxəssis Avropa Liqasında qarşıdakı iki görüşdə texniki zonada yer almayacaq.

Qarşılaşmanın əvvəlində və sonunda meydandan qovulan Julio Romao ilə Elvin Cəfərquliyev isə 1 oyunluq cəza ilə canlarını qurtara biliblər.

Xatırladaq ki, Qurban Qurbanovun komandası 4-cü tur çərçivəsində noyabrın 7-də Norveçdə "Bude Qlimt"in qonağı olacaq.