"Dinamo" Bakıda "Qarabağ"la cavab oyununda dəstəksiz qalmayacaq

"Dinamo" Bakıda "Qarabağ"la cavab oyununda dəstəksiz qalmayacaq

Avqustun 28-də UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Dinamo" qarşılaşmasında qonaqlar dəstəksiz qalmayacaqlar.

Mediasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda Xorvatiya klubunun 200-ə qədər azarkeşi olacaq.

Zaqreb təmsilçisinin azarkeşləri üçün arenanın 28-ci sektoru ayrılıb.

Oyun saat 20:45-də başlanacaq.

Xatırladaq ki, Azərbaycan çempionu ötən həftə səfərdə 0:3 hesabı ilə məğlub olub.