"Turan Tovuz"dan ayrılan futbolçu Braziliya klubunda oynayacaq
Yay transfer pəncərəsində "Turan Tovuz"dan ayrılan Bruno Qonçalveşin yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, müdafiəçi ölkəsi Braziliyanın B seriyasında çıxış edən "Quarani" ilə müqavilə imzalayıb.
Yüksək Liqaya çıxmağa hədəfləyən klub Qonçalveşlə bu ilin sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb.
Xatırladaq ki, 27 yaşlı futbolçu karyerası ərzində "Vila Nova", "Aroka", "Leyşoeş" kimi komandalarda da oynayıb.