"Qarabağ"la matçda qırmızı vərəqə alan "Qəbələ"linin cəzası açıqlanıb
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış "Qəbələ" - "Qarabağ" oyununda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarını açıqlayıb.
Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, görüşün 53-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Feras Abu Akal 1 oyun şərti olmaqla, 2 oyunluq cəzaya məruz qalıb.
Bölgə təmsilçisi 1500 manat cərimə ödəyəcək.
Matç ağdamlıların böyükhesablı qələbəsilə başa çatıb - 4:0.