"Səbail"də İSTEFA! - FOTO
"Səbail" futbol klubunda Müşahidə Şurasının iclası keçirilib.
MediaSport.az xəbər verir ki, İcraçı direktor Fərəc Əliyev və baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda klubun əsas komandasının növbəti mövsümə hazırlıqla bağlı planları müzakirə olunub, görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.
İcraçı direktor Fərəc Əliyev ötən mövsüm “Səbail”in bir o qədər də uğurlu çıxış etməməsini əsas gətirərək tutduğu vəzifədən istefa verdiyini bildirib. Müşahidə Şurası istefanı qəbul edib.
Yeni icraçı direktorun təyinatına qədər qeyd olunan vəzifənin icrasının müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.