"Araz-Naxçıvan" "Sportinq"də top qovmuş futbolçunu transfer edib
"Araz-Naxçıvan" braziliyalı futbolçu Karlos Jatobanı transfer edib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Jatobanın sonuncu iş yeri "Politexnika Yaşi" (Rumıniya) olub.
İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində "Figeyrense", "Korintians", "Londrina", "Atletiko Qoyaniense", "Brazil de Pelotas", "Kuiritiba", "Santo Andre", "San Bento", Bolqarıstanın "Dunav", Portuqaliyanın "Sportinq B" komandalarında çıxış edib.
"Araz-Naxçıvan" Jatobaya qədər Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Küzmanoviç ilə müqaviləni yeniləyib.