Bakı metrosu Xankəndidəki oyun üçün iş rejimini dəyişdirəcək

Bakı metrosu Xankəndidəki oyun üçün iş rejimini dəyişdirəcək

Bakı metropoliteni Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndi şəhərində keçiriləcək "Qarabağ" - MOİK oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində fəaliyyət göstrəcək.

Mediasport.az xəbər verir ki, dekabrın 21-də baş tutacaq matça azarkeşlərin yollana bilməsi üçün metronun qapıları gecə saat 04:00-da açılacaq.

Qarşılaşma saat 14:00-da başlanacaq.