"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşdi
İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Azərbaycan çempionu ikinci mərhələdə “Linkoln” (Cəbəllütariq) – “Hamrun Spartans” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçı səfərdə keçirəcək.
İkinci turun oyunları 23/24 və 30/31 iyul tarixlərində baş tutacaq.