Debütantın zədəli üzvü qayıtdı
Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub.
Müdafiəçinin Gəncə təmsilçisi ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
“Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Kəpəz” görüşü aprelin 5-də, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.