Qəzaya düşən PFL rəsmilərinin durumu ilə bağlı açıqlama verilib
Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.
Mediasport.az xəbər verir ki, bu barədə "Liv Bona Dea Hospital"ın mətbuat xidməti açıqlama verib.
"Digər 4 xəstə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir".
Dünən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində "Mercedes" markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.