İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə başsağlığı verib

İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

Mediasport.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, dünən səhər saatlarında Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 1300-ü keçib.

Ölkə rəhbərliyi bununla əlaqədar 3 günlük matəm elan edib.