UEFA-nın bayrağı altında İsraildə keçirilməli bütün oyunlar ləğv edilib
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti iki həftə ərzində İsraildə qurumun bayrağı altında keçiriləcək bütün oyunları ləğv edib.
Mediasport.az xəbər verir ki, buna səbəb İsraillə Fələstin arasında baş verən silahlı toqquşma və müharibədir.
Avropa futbol təşkilatının saytında qeyd edilib: "UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır".
Beləliklə, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail və İsveçrə matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Bundan əlavə, 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının iki oyunu da müvəqqəti ləğv olunub: İsrail oktyabrın 12-də Estoniya, oktyabrın 17-də isə Almaniya ilə qarşılaşmalıdır.