Sel və daşqınlara görə ölkə çempionatının oyunları ləğv edildi

 Sel və daşqınlara görə ölkə çempionatının oyunları ləğv edildi

Bosniya və Herseqovina Futbol Federasiyası ölkə çempionatının həftəsonu keçiriləcək bütün oyunlarını təxirə salıb.

Mediasport.az xəbər verir ki, buna ölkənin cənub hissəsindəki sel və daşqınlar səbəb olub.

Premyer Liqa qarşılaşmalarının hansı tarixdə keçiriləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, təbii fəlakət nəticəsində 14 nəfər ölüb.